BSU-da Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

BSU-da Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Hazırda oxunan: BSU-da Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

579511
Dekabrın 21-də Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşlığı ilə Xalq artisti, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Emin Sabitoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirlib.
Konsertdə Xalq artisti Teyyub Aslanov, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun Estrada sənəti kafedrasının konsertmeysterləri,   ADMİU-nun Estrada sənəti  İnstrumental ifaçılıq,  Xalq çalğı alətləri  kafedralarının tələbələri  ölməz bəstəkarın mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər. 
Konsertdə  bəstəkarın  "Səhnədə işıqlar yananda", "Keçə bilmirəm",  “Özümdən küsürəm” “Aşığın arzuları” ,  “Öpərdim gözlərindən” “İnsaf da yaxşı şeydir”, o cümlədən,  teatr və bədii filmlər üçün bəstələnən əsərləri ifa edilib. 
Həmçinin, bəstəkarın öz ifasında “Gəl qoşulaq durnalara” video təqdimat təqdim olunub.
Sonda sözləri Əhməd Cavada məxsus olan “Can Azərbaycan” mahnısını ifa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO