Özəl sektorda çalışanların maaşlarından bu qədər vergi TUTULACAQ – İLLİK FAİZLƏR

Özəl sektorda çalışanların maaşlarından bu qədər vergi TUTULACAQ – İLLİK FAİZLƏR

Hazırda oxunan: Özəl sektorda çalışanların maaşlarından bu qədər vergi TUTULACAQ – İLLİK FAİZLƏR
578829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bildiyimiz kimi, 2026-cı ildə vergilərə (özəl sektorda çalışan şəxslərin əməkhaqqından tutulan vergilər – red.) güzəşt müddəti bitdi. Hökumət tərəfindən müvafiq addım atılmasaydı 2026-cı ildə 14 və 25 faizlik rəqəmlər qüvvəyə minəcəkdi. Amma ciddi bir güzəşt yenidən irəli sürüldü.

2500 manata qədər əməkhaqqıdan cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Dünyada çox az ölkədə bu qədər aşağı rəqəmlə gəlir vergisi mövcuddur. Biz ümumi fiskal yükü tənzimləyirik.
Azərbaycanda əvvəllər fiskal yük 50-52 faizə qədər gedib çıxırdı”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırlanan yeni layihə ilə bunu daimi dərəcələrlə tətbiq edirik:

“2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadək 10 %, 8000-dan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Bunun özü də çox böyük bir güzəştdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO