Mərkəzi Bank sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA – “2026-cı ildə...”

Mərkəzi Bank sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA – “2026-cı ildə...”

Hazırda oxunan: Mərkəzi Bank sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA – “2026-cı ildə...”
578818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək:

“Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63.9$ və qazın min kub metr üçün qiyməti 288$) 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3.0 mlrd.$ ətrafında profisit olacağı gözlənilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO