Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO

Hazırda oxunan: Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO
577955
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.

Bizim.Media “Bakupost.az”a istinadla xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib.

Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.

Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.

Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.

R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.

Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.

Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb; o, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə “keçmiş xidmətlər” bəs etmir.

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO