Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO
577798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
 

Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.


Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Əyriçaya 20 min balığın buraxılması tədbirində də iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.

Qeyd edək ki, Axar-Baxar Milli Parkı Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.


Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 1
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 2
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 4
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 5
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 6
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 7
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 8
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 9
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 10
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 11
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 12
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 13
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 14
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 15
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Milli Parkın açılış mərasimində - FOTO - foto 16


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO