Moderator.az xəbər verir ki, daim texnoloji yenilikləri ilə fərqlənən Bakıelektrikşəbəkə ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni bir layihəyə start verib. Bu layihə smart və android tipli mobil istifadəçilərinin marağına səbəb olub. Belə ki, bu proqramı mobil telefona yükləməklə borcunuz, faktura, ödəmələriniz və həmçinin, elektron müraciətdən yararlana bilərsiniz. Qeyd edək ki , proqram 3 dildə istifadəyə verilmişdir: Azərbaycan, Rus və İngilis dillərində. “BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləyə bilərsiniz.
Ətraflı məlumat: //www/index.php?i=588&l=73


































































































