Hazırda 111 qadın taksi sürücüsü kimi fəaliyyət göstərir - AYNA

Hazırda 111 qadın taksi sürücüsü kimi fəaliyyət göstərir - AYNA

Hazırda oxunan: Hazırda 111 qadın taksi sürücüsü kimi fəaliyyət göstərir - AYNA
576662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illər taksi xidməti sahəsində həm texnoloji yeniliklər, həm də nizamlı fəaliyyət nəticəsində əhəmiyyətli keyfiyyət artımı müşahidə olunur.

Diqqətçəkən tendensiyalardan biri də qadınların bu peşəyə marağının artmasıdır.
 

Qadın taksi sürücülərinin sayının son illər artması cəmiyyətdəki stereotipləri qırır və yeni iş imkanları yaradır.


Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.

Hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.
 

Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır.


Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO