Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib – FOTO

Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib – FOTO

Hazırda oxunan: Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib – FOTO
575921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə “RM”, yəni ad-soyadının baş hərflərini həkk etdirib.

Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki (“Avropa” hotelinin yanında, Tbilisi prospektində) malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur.
 

Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə “İKƏ” hərflərinin (Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad-soyadlarının baş hərfləri) daşoyma yolu ilə həkk etdirilməsi ailənin “tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti”ndən xəbər verir.


Bu yerdə unutmayaq ki, hər daş-dəmir üzərində yazılan tarix deyil. Tarix yaddaşlarda əbədiləşir.

Qeyd edək ki, ev dustağı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub.

Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib – FOTO - foto 1
Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO