“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc HƏBS OLUNDU

“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc HƏBS OLUNDU

Hazırda oxunan: “Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc HƏBS OLUNDU
575193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində - Fəvvarələr Meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.

İctimai asayişi pozan şəxs barəsində Səbail RPİ-nin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.
Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO