İşlədiyi yeri “əxlaqsızxana” adlandıran qadına bu cəza verildi

İşlədiyi yeri “əxlaqsızxana” adlandıran qadına bu cəza verildi

Hazırda oxunan: İşlədiyi yeri “əxlaqsızxana” adlandıran qadına bu cəza verildi
575002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tərtər rayonunda keçmiş iş yerinin qarşısında video çəkərək sosial şəbəkədə paylaşan qadın cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media xəbər verir ki, 39 yaşlı rayon sakini Tünzalə Yusifova (ad-soyad şərtidir) barəsində rayon məhkəməsinə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Bildirilib ki, T.Yusifova barəsində şikayət edən şəxs onun əvvəllər çalışdığı qeyri-hökumət təşkilatının rəhbəridir.

Belə ki, bir müddət əvvəl təşkilat Tərtərdə qadınları minatəmizləmə işinə cəlb edib və bu istiqamətdə layihə icra edib. Lakin layihə qeydiyyatdan keçmədiyi üçün sonradan dayandırılıb və Tünzalə ilə bağlanmış müqavilə də ləğv edilib. Bundan sonra Tünzalə Bakıya gələrək təşkilatın rəhbəri ilə görüşüb, işə bərpa edilməsini xahiş edib. Lakin onun istəyi baş tutmayıb.
 

Daha sonra Tərtərə qayıdan qadın təşkilatın rayon şöbəsinin qarşısına gələrək video çəkib və işlədiyi yerin ünvanına “Əxlaqsızxana, rüşvətxana, axşam hərəsi bir qız götürüb gətirir bura” və sair kimi sözlər işlədib. Həmçinin təşkilatın rəhbər şəxslərindən birinin ona intim münasibət təklif etdiyini iddia edib.


Videonun “TikTok” və yutub platformasında yayılmasından sonra qadın barəsində şikayət edilib.

Məhkəmədə Tünzalə Yusifova törətdiyi əməldən peşman olduğunu bildirib.

Tərtər Rayon Məhkəməsi Tünzalə barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən hökm çıxarıb. Belə ki, ona qazancından 10 faiz tutulmaqla 8 ay müddətə islah işləri cəzası verilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO