Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Hazırda oxunan: Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
574783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsü ilə bağlı tədbir görülüb.

Bizim.Media xəbər verir ki, kadrlar bu gün səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb.

Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə çıxır.

Hərəkət istiqamətini dəyişmədən, düz xəttin tələbini pozaraq körpü üzərinə daxil olur.

Sərnişinlər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirirlər.
 

Sözügedən görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, videogörüntü ilə bağlı araşdırma aparılaraq sürücü müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək. Bir daha ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərindən xahiş edilir ki, özlərini və xidmət göstərdikləri sərnişinləri bu cür təhlükəyə atmaqdan çəkinsinlər.


Yerüstü nəqliyyat agentliyindən isə bildirildi ki, həmin daşıyıcı müəyyən ediləcək və ona qayda pozan sürücü barədə ölçü götürməklə bağlı tapşırıq veriləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO