Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO

Hazırda oxunan: Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO
574614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün daha bir qəhrəmanımız Şəhid Cavid Əvəz oğlu Təhməzovun Anım Günüdür.

Cavid Təhməzov 1994-cü il 25 iyun tarixində Bərdə rayonunun Cicimli kəndində dünyaya göz açıb. O, ailənin ikinci övladı olub və uşaqlar içərisndə hər zaman mərhəmətliyi və bacarıqlılığı ilə seçilib.

2012-ci ildə hərbi xidmətə çağırılan Cavid, Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçı-minaaxtaran kimi xidmətə başlayıb. 2014-cü ildə xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmətə (MAHHXQ) qayıtmış və xidmətini eyni istiqamətdə davam etdirib.

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO - foto 1

C. Təhməzov eyni zamanda 2020-ci ilin 12 iyul tarixində baş vermiş Tovuz döyüşlərində fəal iştirak edib.


27 sentyabr 2020-ci ildə başlayan ikinci  Qarabağ savaşında iştirak edən Cavid, Suqovuşan, Ağdərə, Murovdağ, Talış və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə xüsusi igidlik və şücaətlik göstərib. O, 1 oktyabr 2020-ci ildə düşmənin atdığı minamyot zərbəsi nəticəsində dünyasını dəyişib. Şəhidin cansız bədəni tanınmaz hala düşdüyündən onun nəşi 10 gün sonra 10 oktyabrda müəyyən olunub ailəsinə təhvil verilib.

2020-ci ildə Şəhidimiz Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO - foto 2

Cavidgilin hərbi maşınını düşmən minamyotla vurmamışdan öncə qolundan yaralı olur və ölümündən bir neçə saat öncə atasına zəng vurur. Atası ilə əlaqə qura bilmədiyindən bibisi Esmira Zamanovaya yığır və son sözlərini ona deyir. Esmira xanım qardaşı balasının son sözlərini göz yaşları ilə Bizim.Media-ya danışıb:

“Caviddən zəng gəldi. İlk kəlməsindən səsi xoşuma gəlmədi. Yaralı olub-olmadığını soruşdum. Tam söyləmədi amma hiss etdim ki, çox narahatdır. Ailəsini soruşdu və sonda məni ömür boyu yandıracaq bir cümlə işlətdi. “Bibi günlərdir dilimə su dəymir, kaş sənin həyətindəki o ördəklərin çimdiyi sudan bir damcı olardı, başqa heçnə istəmirəm”dedi. Mən ölənə qədər o cümlələr qulağımda qalacaq və axirətə qədər məni yandıracaq”, - deyə Esmira Zamanova üzüntüsünü dilə gətirib.

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO - foto 3

“Cavid çox vətənpərvər bir oğul idi. O, son dəfə evdən gedərkən atasına kiçik bir bayraq verir və söz verir ki, qayıdanda daha böyük bir bayraq gətirəcək. O, bayraqla dönür amma cismi tabutda, ruhu isə göylərdədir”.

Şəhidin atası Əvəz kişi təskinliyi bu sözlərdə tapır:

“Oğlum şəhid oldu, amma ruhu yaşayır. Vətən sağ olsun! O, mənim fəxrimdi”.

Cavid Təhməzov ölümündən sonra göstərdiyi şücaətə görə, Ali Baş Komandanın sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad  olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cavid ailəli olub. Umud və Cəsur adlı oğul övladı var.

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO - foto 4

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO