Şuşa və Ağdamda ziyarət ediləcək yerlərin SİYAHISI

Hazırda oxunan: Şuşa və Ağdamda ziyarət ediləcək yerlərin SİYAHISI

56808

Şuşa və Ağdam şəhərlərinə yola düşən sərnişinlərin ziyarət edəcəkləri yerlərin siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, Şuşa səhəri üzrə Cıdır düzü, Vaqifin Muzey Məqbərə Kompleksi, Bülbülün Ev Muzeyi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, İcra Hakimiyyətinin inzibati binasının qarşısı, "Güllələnmiş heykəllər", Xan qızı Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı və Şuşa qalası ziyarət ediləcək.

Ağdam şəhərində isə aşağıdakı istiqamətlər üzrə səfər planlaşdırılıb:

Pənahəli xanın İmarət Saray Kompleksi, Çörək Muzeyi, Şəhidlər Xiyabanı, Dram teatr, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası.
Qeyd edək ki, hər marşrut üzrə Müvafiq Xüsusi Nümayəndəlik və Dövlət Turizm Agentliyi üzrə bələdçi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO