Hava şəraiti ilə bağlı avtomobil yollarının VƏZİYYƏTİ

Hava şəraiti ilə bağlı avtomobil yollarının VƏZİYYƏTİ

Hazırda oxunan: Hava şəraiti ilə bağlı avtomobil yollarının VƏZİYYƏTİ

56123

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

AAYDA-dan Bizim.Media-ya məlumata görə, Zəfər yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 13-15 dərəcə, Murovdağ yüksəkliyində 19-22 dərəcə şaxta var. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: yağıntı yoxdur, Xınalıq ərazisində 8 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi - Xızı: hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı - Ağsu - Yevlax: yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitəl­ərinin hərəkət təmin olunub.

Muğanlı - İsmayıllı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki: yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisində  2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Şəki - Qax - Zaqatala: yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy: Gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən – Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt - Astara: marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı - Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Lənkəran - Lerik: yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Bəhramtəpə - Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO