Moderator.az xəbər verir ki, akademik Milli Dram Teatrı Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatr festivalda milli dramaturgiyanın banisi M.F.Axundzadənin komediyası əsasında Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan “Lənkəran xanının vəziri” tamaşası ilə çıxış edib. 16 sentyabr tarixində saat 17.00-da Şəki Dövlət Dram Teatrının binasında nümayiş olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşada Xalq Artisti Nurəddin Mehdixanlı, Cəfər Əhmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, Aslan Şirinov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Elçin Əhmədov, Rada Nəsibova, Elnar Qarayev, Elnur Qədirov, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Vüsal Mustafayev və Ramin Şıxəliyev çıxış edirlər.
Kollektiv
Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi
diplomları ilə təltif edilib.
18
sentyabr (sabah) saat 17.30-da Akademik Milli Dram Teatrında 142-ci teatr
mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək. Mətbuat
konfransında Teatrın cari mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni
tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri
haqqında geniş məlumat veriləcək, jurnalistlərin sualları cavablandırılacaq.
Mətbuat
konfransından sonra - saat 19.00-da Akademik Milli Dram Teatrı İlyas
Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında
Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası
ilə 142-ci mövsümünü açacaq. Hamımıza uğurlu mövsüm diləyi ilə




































































































