Mingəçevirdə küləyin FƏSADLARI: 20-dən çox ağac aşdı – FOTO/VİDEO

Hazırda oxunan: Mingəçevirdə küləyin FƏSADLARI: 20-dən çox ağac aşdı – FOTO/VİDEO

55418

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb olub.

Bizim.Media-nın məlumatəna görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb.

Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20-dən çox belə hal qeydə alınıb. 

Onlardan təxminən 11-i iri, yerdə qalanları isə nisbətən kiçik gövdəli və yarıdan qırılıb düşən ağaclar olub.

Təsərrüfat müəssisələri fəsadları aradan qaldırır.

Ehtiram Muradov, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO