Orduda keçirilən komanda-qərargah təlimindən GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Orduda keçirilən komanda-qərargah təlimindən GÖRÜNTÜLƏR - VİDEO

54763

Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veririb.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO