Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Ədliyyə naziri vətəndaşları qəbul edəcək

54481
Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 12-də Astarada vətəndaşları qəbul edəcək.
 
Nazirliyin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, qəbulda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
 
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
 
Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi, Ədliyyə Nazirliyi vasitəsilə, eləcə də Astara rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.
 
Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO