Təhsil Nazirliyindən qış tətili ilə bağlı AÇIQLAMA - Bəzi məktəblərdə olmayacaq

Təhsil Nazirliyindən qış tətili ilə bağlı AÇIQLAMA - Bəzi məktəblərdə olmayacaq

Hazırda oxunan: Təhsil Nazirliyindən qış tətili ilə bağlı AÇIQLAMA - Bəzi məktəblərdə olmayacaq
54288
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsil Nazirliyi 27-31 yanvar qış tətili ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, qış tətili günləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nə əsasən, 27-31 yanvar tarixləridır.

Lakin 2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başladığı üçün təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur.

Yəni, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində 31 yanvar tarixi qış tətili, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 və 31 yanvar tarixləri qış tətilidir.

Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur.

Yəni, ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 yanvar qış tətilidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO