“Sağlam qidalan ”“ sağlam ol”

“Sağlam qidalan ”“ sağlam ol”

Hazırda oxunan: “Sağlam qidalan ”“ sağlam ol”

53819

Moderator.az xəbər verir ki, “Sağlam qidalan ”“ sağlam ol” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin iyul ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi gənc nəslin qidalanmasının monitorinqini təşkil etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında sağlam qida ilə əlaqədar məlumatlandırılması və marifləndirilməsindən ibarətdi.

Layihə 3 ay müddətində Bakının Xəzər, Sabunçu və Suraxanı rayonlarında həyata keçirilir. Bu müddət ərzində nəzərdə tutulmuş paylama materialları hazırlanmışdı. Həmin vəsaitlər sonra təlimlərdə və seminarlarda iştirak edən dinləyicilər arasında yayıldı, eləcə də, layihənin başa çatmasından sonra onları yuxarıda adlaır qeyd edilən ərazilərdəki müxtəlif təhsil müəssisələrinin kitabxanalarına veriləcək.

Bakı şəhərinin Xəzər rayonu, Sabunçu rayonu və Suraxanı rayonu ərazisində müxtəlif təhsil ocaqlarında oxuyan yeniyetmə və gənclər arasında düzgün qidalanma üzrə təlimlərə dinləyici seçiminin ilkin mərhələsində 6 belə təhsil ocağı seçildi. Seçilmiş 6 təhsil ocağının rəhbərliyi və düzgün qidalanma üzrə təlimlərdə, bu layihədə iştirak etmək marağında olan gənclərlə görüş təşkil olundu. Görüşün nəticəsi olaraq, layihənin işçi qrupu və müvafiq pedagoji heyətinin rəyi ilə təlimlərdə iştirak üçün qruplar müəyyən edildi. Formalaşmış qruplarda (hər bir qrupda 20 nəfər yuxarı sinif şagirdləri) arasında düzgün qidalanma ilə əlaqədar olaraq, sentyabr ayı ərzində təlimlər keçiriləcəkdir. Təlimlər “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlan qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mözvuları əhatə edəcək. Təlimlərdə iştirak etmiş gənclər üçün düzgün qidalanma haqqında fikirləri və meyarları özündə cəmləyən kiçik formatlı məlumat toplusu kimi hazırlanmış Yaddaş Vərəqi də təqdim olunacaq.

Təlimlərdən sonra hər seçilmiş təhsil ocağında düzgün qidalanma ilə əlaqədar təlimləri bitirənlər arasında daha fəal olanların iştirakı ilə seminarın təşkili planlaşdırılır. Tədbirə hər qurumdan 5 dinləyici cəlb ediləcək. Seminarda təlimlər barədə rəylərin bildirilməsi, düzgün qidalanma sahəsində praktiki fəaliyyətə başlamanın detallarının diskussiyası və qazanılan biliklərin tətbiqi istiqamətində gələcək planların müzakirə edilməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının “6.6.Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” bəndinin “- 6.6.3. sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi” yarımbəndində nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib.

Layihə bu ilin sentyabr ayının sonunda başa çatacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO