Qazi və şəhid ailələrinin 5.6 milyon manatlıq borcu ödənilib

Qazi və şəhid ailələrinin 5.6 milyon manatlıq borcu ödənilib

Hazırda oxunan: Qazi və şəhid ailələrinin 5.6 milyon manatlıq borcu ödənilib
53764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.

Bizim.Media-nın məlumatına görə, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 34 185 789,50 manat xərclənib.

Tibbi xərclərin ödənilməsi üçün 12 613 948,01 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 687 318,37 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 707 530,51 manat sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 66 340 818,12 manat toplanıb. Vəsaitin 52 658 087,65 manatı xərclənib. Vəsaitin qalığı isə 13 682 730,47 manatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO