Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT

Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT

Hazırda oxunan: Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT
53074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakəndə əkinə yararlı və kənd təsərrüfatı təyinatlı torpaqların məhv edilməsi ilə bağlı redaksiyamıza videogörüntülər təqdim edilib. 

Videogörüntülərdə rayonun Hənifə kəndi ərazisinə məxsus əkin sahələrinin Kərpic zavodunun tullantıları ilə məhv edildiyi əks olunub. 

Bizim.Media-ya bu barədə müraciət edən şikayətçilərin iddiasına görə sözügedən əkin sahələri Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyev tərəfindən istifadə edilir.

Onlara məxsus Kərpic zavodu 2019-cu ildən istifadəyə veriləndən əkinə yararlı torpaqlar ekoloji terrora məruz qalaraq məhv edilir. Belə ki, kərpic istehsalı ücün həmin ərazidən torpaq götürülərək yerinə zavodun tullantıları doldurulur. Üstəlik ərazidə aparılan işlər dövlətə hec bir rüsüm ödənilmədən, qanunsuz olaraq həyata keçirilir. 

Şikayətçi qeyd edib ki, sözügedən ərazi həm çirkləndirilir, həm də karyer kimi istifadə olunur:

“Zavod fiziki şəxs Yusif Məhəməliyevin adına rəsmiləşdirilib. O, isə milllət vəkili Nəsib Məhəməliyevin qardaşıdır. Əvvəlcə kərpic istehsalı üçün torpağı götürürlər, sonra isə kərpic tullantıları gətirirlər və torpaq götürdükləri yerdən çalaları doldururlar. Əslində yerin quruluşu da pozulur. Faciə isə odur ki, kərpic tulantıları torpaqda cürümür, əksinə əkin sahələrini yararsiz vəziyyətə gətirir.
 

Belə davam edərsə, yaxin 3 ildə Məhəməliyevlər Balakəndə əkinə yararli səhələri iflic edəcəklər. Bu isə cənab Prezidentin ekoloji mühitə olan diqqətinə və qayğısına tam ziddir. Belə çıxır ki, iqtidaryönümlü deputatın qardaşı bu gün Azərbaycanda aparılan işlərə qarşı çıxır”. 


Şikayətçi onu da əlavə edib ki, məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Dövlət Əmlak Xidmətinə müraciətlər olunub. Amma adlarıçəkilən qurumlar məsələ ilə bağlı hərəkətə keçmir.

Yazıda adıkeçən qurumların da mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq. 

Alçina Amilqızı, Bizim.Media

 



Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 1
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 2
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 3
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 4
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 5
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 6
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 7
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 8
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 9
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 10
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 11
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? – VİDEOFAKT - foto 12

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO