“Turizm haqqında” qanun layihəsi qəbul edildi - Üçüncü oxunuşda 

“Turizm haqqında” qanun layihəsi qəbul edildi - Üçüncü oxunuşda 

Hazırda oxunan: “Turizm haqqında” qanun layihəsi qəbul edildi - Üçüncü oxunuşda 
52671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media-nın məlumatına görə, qanun layihəsinə əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

Layihəyə əsasən, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək.

Həmçinin, layihəyə görə, yoluxucu xəstəlik təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu gün ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud da bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO