Hava şəraiti ilə bağlı avtomobil yollarında SON VƏZİYYƏT

Hava şəraiti ilə bağlı avtomobil yollarında SON VƏZİYYƏT

Hazırda oxunan: Hava şəraiti ilə bağlı avtomobil yollarında SON VƏZİYYƏT

52163

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının 17:00-a olan vəziyyəti haqqında məlumat yayıb.

AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, Əhmədbəyli - Füzuli - Şuşa “ZƏFƏR” yolu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 

Toğanalı - Kəlbəcər - İstisu yolu: Zəif qar yağır, yolun Murovdağdan keçən hissəsində şaxta 7-16 dərəcə təşkil edir. Yolda buzlaşma var və bununla bağlı müvafiq tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən və Şabran rayonları ərazisində yağıntı yoxdur,  Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Xınalıq ərazisində 14 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.   

Giləzi - Xızı: Qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Qobustan: Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur,  nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 

Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Bakı - Ələt - Hacıqabul: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Hacıqabul - Ucar - Yevlax: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Muğanlı - İsmayıllı: İsmayıllı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır,  yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəd: Marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq): Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Gəncə - Daşkəsən - Xoşbulaq: Zəif qar yağır, yolda qar yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 

Şəmkir - Gədəbəy: Yağıntı yoxdur, Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi: Astara rayonu ərazisində sulu qar yağır, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 

Masallı - Yardımlı: Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Lənkəran - Lerik: Səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Hacıqabul - Bəhramtəpə - Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO