Bakıda məscidin qarşısında tanışını öldürən şəxslə bağlı YENİ XƏBƏR

Bakıda məscidin qarşısında tanışını öldürən şəxslə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Bakıda məscidin qarşısında tanışını öldürən şəxslə bağlı YENİ XƏBƏR

51245

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məhəmməd Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Bizim.Media-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən porsesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş Milli Qəhrəmanı bıçaqlayan şəxsdən XƏBƏR VAR


Qeyd edək ki, bu il avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü M.Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO