Qız uşaqlarına ən çox Zəhra, oğlanlara isə Yusif adı verilib

Qız uşaqlarına ən çox Zəhra, oğlanlara isə Yusif adı verilib

Hazırda oxunan: Qız uşaqlarına ən çox Zəhra, oğlanlara isə Yusif adı verilib
5102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlin 11 ayında qız uşaqlarına ən çox Zəhra, oğlanlara isə Yusif adı verilib.

Bu ilin on bir ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin rəsmi saytında yer alıb.

2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad on bir ayda 1927 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1839), Əli (1838), Hüseyn (1733), Ömər (1178), Məhəmməd (1176), Murad (1126), Raul (943), Ayxan (821) və Tunar (787) tutur.

İlin on bir ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1898). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1518), Məryəm (1447), Aylin (1378), Mələk (1335), Fatimə (1252), Nuray (1195), Nilay (1058), İnci (1021) və Dənizdir (926).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş ildə 13 min 231 uşağa Yusif, 12 min 665 qız uşağına isə Zəhra adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında "Azərbaycan adları barədə məlumat" bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO