Mingəçevirdə ən çox ziyarət olunan abidə bərpa olunur - FOTO

Mingəçevirdə ən çox ziyarət olunan abidə bərpa olunur - FOTO

Hazırda oxunan: Mingəçevirdə ən çox ziyarət olunan abidə bərpa olunur - FOTO

50917

Mingəçevirdə ən çox ziyarət olunan ünvanlardan olan "Azərbaycanlıların Soyqırımı və Deportasiyası Qurbanları" xatirə kompleksi yenidən qurulur. 

Bizim.Media-nın məlumatına görə, Şəhidlər Xiyabanı Xatirə Kompleksində yerləşən abidə vaxtilə ölkənin ilk analoji abidələrindən olsa da, zaman-zaman üzərində istifadə olunmuş fasad və dizayn materiallarının keyfiyyətsizliyi səbəbindən arzuolunmaz formaya düşürdü.
 

Artıq bu problemlərin biryolluq həlli istiqamətində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İnsanların ən çox ziyarət etdiyi bu ünvan tamamilə yeni və müasir üslubda bərpa olunur. 


Tikinti-təmir işlərinə məsul olan təşkilat nümayəndəsi Vüqar Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə, kompleksdə aparılan işlər ən qısa zamanda başa çatdırılacaq və  yeni ilin ilk günlərindən etibarən tamamilə yeni estetik görkəmdə ziyarətçilərin ixtiyarına veriləcək.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO