Ağdamda əhəngdaşı yatağının istismarına dair investor seçimi başlanıldı

Hazırda oxunan: Ağdamda əhəngdaşı yatağının istismarına dair investor seçimi başlanıldı

49689

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edib.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Müsabiqə üzrə seçimə dəvət iddiaçının tam adı, hüquqi statusu.

Hüquqi şəxsdirsə, nizamnamə, VÖEN şəhadətnaməsi və dövlət reyestrindən çıxarış, fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənəd və VÖEN şəhadətnaməsi, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış təqdim edildikdən sonra aparılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılır


Bundan başqa, müsabiqə üzrə seçimə dəvət iddiaçının maliyyə dayanıqlığı (son 3 ildə biznes dövriyyəsinin ardıcıl olaraq 1 milyon manatdan çox olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və maliyyə hesabatları), həmçinin iddiaçının biznes idarəçiliyi, komandası, (o cümlədən faydalı qazıntı yataqlarının istismarında) müvafiq layihələrdə iştirakına dair təcrübəsini təsdiqləyən məlumatlar; (həmçinin bura daxildir: dağ-mədən sahəsində fəaliyyət göstərən ixtisaslı kadrlar, maddi-texniki bazası və s) sənədləri təqdim edildikdən sonra aparılacaq:
Seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30%-dir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra (maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılır) AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.

Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar dekabrın 20-si, saat 17:00-a qədər qeyd olunan sənədləri AİŞ-ə təqdim edə bilərlər. 

Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 25E, Bakı Ağ Şəhər Ofis Binası, 3-cü mərtəbə.Tel: +994 12 488 80 10. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO