Prezidentin vəzifə verdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezidentin vəzifə verdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Hazırda oxunan: Prezidentin vəzifə verdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
49508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, o, 1977-ci ildə Bakıda anadan olub, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə ikinci ali təhsil alıb, 2005-ci ildə bu Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

MÖVZU İLƏ BAĞLI:

"Azərsığorta"ya yeni sədr təyin edildi - SƏRƏNCAM


F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta"da başlayıb, 2003-2005-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASc-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO