"Heydər Əliyev və Ordu quruculuğu" adlı müsabiqənin qalibləri mükafatlandırılıb

Hazırda oxunan: "Heydər Əliyev və Ordu quruculuğu" adlı müsabiqənin qalibləri mükafatlandırılıb
48793
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az xəbər verir ki, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin Yaradılması Günü münasibəti ilə tədbir keçirib.

Tədbirdə  " Heydər Əliyev və Ordu quruculuğu" adlı müsabiqənin qalibləri mükafatlandırılıb. Məlumat üçün qeyd edək ki, " Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin Yaradılması Günü münasibəti ilə gənclər arasında məqalə müsabiqəsi keçirib. " Heydər Əliyev və Ordu quruculuğu" adlanan müsabiqənin şərtlərinə görə 18-29 yaşlarında olan gənclər bu yarışmada iştirak ediblər . Onlar " Heydər Əliyev və Ordu quruculuğu" başlığı altında yazılan və indiyənədək heç bir yerdə dərc olunmayan məqalələrini Birliyin elektron ünvanına yollayıblar.  

Ən yaxşı 6 məqalənin sahibi" Aşıq Şəmşir Mədəniyyət Ocağı"  tərəfindən   mükafatlandırılıb.

 Tədbiri giriş sözü ilə Birliyin sədr müavini Həbib Misirov açıb. O, " Aşıq Şəmşir Mədəniyyət Ocağı"  haqqında gənclərə məlumat verib və ordu quruculuğundan danışıb. Ulu Öndərin peşəkar Azərbaycan ordusunun qurulmasındakı xidmətlərindən geniş bəhs edib:

" Ümummilli lider Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində  Azərbaycanda hərbi sahənin inkişafına  xüsusi diqqət göstərib. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bunun baris sübutudur. Hamımıza aydındır ki, belə bir məktəbi qurmaq o dövrdə müşkil məsələ idi. Heydər Əliyev isə öz siyasi iradəsini ortaya qoyaraq, milli kadrların yaradılması üçün bu məktəbi yaratdı. Məhz, 1971-ci ildən Azərbaycanda hərbiçilərin yetişməsinə başlanıldı. Sonradan həmin hərbiçilər Qarabağ müharibəsində və müstəqillik dövrünün milli ordusunun qurulmasında iştirak ediblər. Bu gün də Ulu Öndərin siyasi kursunun davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, ordumuzun maddi və texniki təchizatı dünya standartları səviyyəsindədir".

Sonra Birliyin mətbuat xidmətinin rəhbəri, müsabiqənin  təşkilatçısı Qurbanəli Ömər çıxış edib. O, keçirilən müsabiqənin niyə məhz " Heydər Əliyev və Ordu quruculuğu" olmasının fəlsəfəsini açıqlayıb. Eyni zamanda Q. Ömər 1918-ci ildən bu yana Azərbaycan ordusunun inkişaf dinamikasının xronoloji ardıcılıqla gənclərə təqdim edib. Azərbaycan ordusunun dünəni, bugünü və gələcəyi haqqında geniş məlumat verən gənc yazar keçirilən müsabiqənin bütün qaliblərinə uğurlar arzulayıb.

Sonra  "Yeni Həyat və Humanitar Sosial Dayaq" İB-nin sədri Nailə İsmayılovaya verilib. O, Aşıq Şəmşir irsinin qorunmasının vacibliyini, ordumuzun bugünki nailiyyətləri və gələcək presprektivlərdən danışıb. Nailə İsmayılova söyləyib ki, müasir Azərbaycan ordusunun əsgərləri Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir gün Qarabağda- Kəlbəcərdə, Şuşada, Xankəndində üçrəngli bayrağımızı dalğalandıracaqlar.

 Bundan sonra gənclərdən Fazil Qasımov, Əfsanə Ələsgərli, Gülnar Əmiraslanova və başqaları çıxış ediblər.

Sonda " Heydər Əliyev və Ordu quruculuğu" adlı müsabiqənin qaliblərinə mükafatlar və diplomlar təqdim olunub. Musabiqənin qalibləri Sevinc Nəcəfova, Əfsanə Ələsgərli, Sədi Mirseyidli, Fəxriyyə Yəhyayeva,  Mətləb Məmmədov və Gülnar Əmiraslanova " Aşıq Şəmşir Mədəniyyət Ocağı"na gənclərə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər”.

 

Seymur

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO