Bakıda saxta spirtli içkilərin satıldığı mağaza aşkarlandı - FOTO

Bakıda saxta spirtli içkilərin satıldığı mağaza aşkarlandı - FOTO

Hazırda oxunan: Bakıda saxta spirtli içkilərin satıldığı mağaza aşkarlandı - FOTO
48130
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub.

Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5 litrlik və 73 ədəd 1 litrlik “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Bizim.Media

Bakıda saxta spirtli içkilərin satıldığı mağaza aşkarlandı - FOTO - foto 1
Bakıda saxta spirtli içkilərin satıldığı mağaza aşkarlandı - FOTO - foto 2
Bakıda saxta spirtli içkilərin satıldığı mağaza aşkarlandı - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO