Pol Qobl planı işə düşür? -

Pol Qobl planı işə düşür? - "Azərbaycan üçün təhlükəli başlanğıc ola bilər"

Hazırda oxunan: Pol Qobl planı işə düşür? - "Azərbaycan üçün təhlükəli başlanğıc ola bilər"
46866
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Azərbaycanla ərazi mübadiləsini istisna etməyib. Hakim partiya deputatlarından olan Eduard Ağacanyan bildirib ki, hansı ərazilərin dəyişdiriləcəyinə cavab vermək üçün delimitasiya və demarkasiya prosesindən tam keçmək lazımdır. 

Mövzu ilə əlaqədar eks deputat Cümşüd Nuriyevlə əlaqə saxladıq. 

Bizim.Media-ya özəl açıqlamasının əvvəlində politoloq yayılan xəbərin təxribat xarakteri daşıdığını da bildirib. Çünki qalib Azərbaycanın hansısa ərazisini Ermənistanla dəyişməsi inandırıcı deyil. Əksinə, vurulmuş ziyan və hərbi cinayətlər fonunda Ermənistandan ərazi güzəştinə nail olmaq imkanı var:
 

MÖVZU İLƏ BAĞLI:

“Antiterror əməliyyatına başlamaq üçün hüquqi əsas yoxdur” - POLİTOLOQ


"Birincisi, beynəlxalq hüquqda belə bir prosedur yoxdur. Əgər ermənilər Xankəndi, Ağdərə və digər rayonlarla Zəngəzurdan hansısa bir zolağı dəyişəcəklərini fikirləşirlərsə, Azərbaycanın buna gedəcəyinə inanmıram. Çünki bu, Azərbaycan üçün çox təhlükəli bir başlanğıc ola bilər".

Cümşüd Nuriyev erməni deputat Ağacanyanın fikirlərinə münasibət bildirərkən əlavə edib ki, BMT-yə üzv olduğumuz sərhədləri dəyişmək çətin məsələdir:

"Vaxtı ilə Pol Qoblun da belə bir planı var idi ki, keçmiş Dağlıq Qarabağla Zəngəzuru dəyişsin. Bu qədər tökülən qandan sonra Azərbaycanın bu addımı atmayacaq və özünün əldə etdiyi qələbə üstünlüklərindən daha geniş faydalanacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO