Tibb müəssisələrində artan qiymətlərin qarşısı alınacaq – MM qanun qəbul etdi

Tibb müəssisələrində artan qiymətlərin qarşısı alınacaq – MM qanun qəbul etdi

Hazırda oxunan: Tibb müəssisələrində artan qiymətlərin qarşısı alınacaq – MM qanun qəbul etdi
43794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, layihə barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI


O deyib ki, dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq.

Xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
 

Dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.


Dəyişiklik “Tibbi sığorta haqqında” qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü - sonuncu oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO