Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək

Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək

Hazırda oxunan: Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək
43761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ və Şərqi Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.

Qeyd olunub ki, artıq bir neçə ildir dostluq və qardaşlıq rəmzi olaraq “Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində Türkiyədə aparılan ağacəkmə tədbirlərinə Azərbaycan da qoşulur.

"Hər il olduğu kimi, bu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək ağacəkmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması ilə bağlı hədəflərimzə uyğun olaraq bu dəfə Qarabağ və Şərqi Zəngəzurda da geniş miqyasda keçiriləcək", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO