Bakıda piyada səkisində ət kəsən şəxs cərimələndi

Bakıda piyada səkisində ət kəsən şəxs cərimələndi

Hazırda oxunan: Bakıda piyada səkisində ət kəsən şəxs cərimələndi
43751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı polisi antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsi ilə bağlı tədbir görüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xətai Rayon Polis İdarəsi yayıb.

Bildirilib ki, rayonun Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsinin sahibi ilə profilaktiki söhbətlər aparılıb, daha sonra qanunamüvafiq qaydada tədbirlər görüb:

"Bundan sonra ət kəsimi yalnız obyektin daxilində olacaq".
 

Qeyd edək ki, paytaxtın Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsi fəaliyyət göstərirdi.


Sözügedən ərazidə fərdi şəkildə, hətta piyada səkisində ət kəsimi ilə məşğul olurdular. Normalara cavab verməyən ət kəsim məntəqəsində kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO