“Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır” – İlham Əliyevdən Ərdoğana xoş sözlər

Hazırda oxunan: “Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır” – İlham Əliyevdən Ərdoğana xoş sözlər

43374

“İkinci Qarabağ müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: “Türkiyənin qardaş Azərbaycana dəstəyi davam edəcək”


“Əziz qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək verdi. Siyasi və mənəvi dəstək. Bizə əlavə güc verdi.

Bu gün Azərbaycan xalqı haqlı olaraq əziz qardaşım, sizə öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz”, - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO