Mənzillərə istilik vaxtından əvvəl VERİLƏ BİLƏRMİ? – Rəsmi qurumlardan AÇIQLAMA

Hazırda oxunan: Mənzillərə istilik vaxtından əvvəl VERİLƏ BİLƏRMİ? – Rəsmi qurumlardan AÇIQLAMA

43323

Havaların kəskin soyuması mənzillərdə istiliyə olan təlabatı artırıb. Qazın az təzyiqlə verilməsi isə bir çox problemlər yaradıb.

Qış rejiminə xaxtından əvvələ keçilə bilərmi? Hazırlıqlar nə yerdədir?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında deyib ki, havaların kəskin soyuması qazanxanaların vaxtından əvvəl işə düşməsi zərurətini yaratsa belə, “Azəriqaz” tərəfindən bununla bağlı heç bir problem olmayacaq:

“İstənilən vaxt qışa keçidlə bağlı start verilə bilər. Mavi yanacaqla bağlı heç bir problem yoxdur. Qış rejiminə keçidlə bağlı verilən hər hansı bir qərar qurumumuz tərəfindən həyata keçiriləcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda binalara mərkəzi istilik nə vaxtdan veriləcək? – AÇIQLAMA 


Qurum rəsmisinin sözlərinə görə “Azəriqaz” da qışa hazırlıq prosesi çoxdan başlayıb:

“Azəriqaz” rəhbərliyi əməkdaşlar qarşısında belə bir öhdəlik qoyub ki, qış aylarına hazırlıq payıza az qalmış yox, ilin bütün fəsillərində davam etdirilsin. Buna görə də boru xəttlərinin yenilənməsi, korroziyaya uğramış boru xəttlərinin yenisi ilə əvəzlənməsi, ana xəttlərin işlək vəziyyətə gətirilməsi işləri ilin bütün fəsillərində qurum əməkdaşlarının öhdəliyində olan vəzifədir. Qazın təzyiqi hazırda normallaşma ərəfəsindədir. Soyuq havalarda qaza tələbat artdığından , bəzi ərazilərdə təzyiqin aşağı düşməsi müşahidə edilir. Bu da normaldır. “Azəriqaz” əməkdaşları bu kimi halların qarşısını istər vətəndaş müraciəti, istərsə də ərazilərə baxış keçirilən zaman aydınlaşdırır və yoluna qoyur”. 

“Azəristiliktəchizat” ASC-nin Abonent və  Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev qeyd edib ki,  artıq  payız-qış mövsümünə hazırlıq işləri başa çatıb:

“İstilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabrdan start veriləcək. Mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilib. 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial, təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub. Qazanlar və istilik mübadilə aparatları mexaniki, kimyəvi üsulla təmizlənib. Nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi həyata keçirilib.
 

Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib. Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub. Həmçinin qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”. 


Rafiq Əliyev əlavə edib ki, tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks şəkildə yoxlanılıb:

“531 odluq, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub.  1190 ədəd qazan mexaniki və kimyəvi  üsulllarla təmizlənib. Qazanlarda 1810 m2  izolyasiya örtüyü və 925 metr2 kərpic örtüyü təmir olunub. İstilik şəbəkəlirində 22779 ədəd siyirtmə və ventil təftiş olunub ki, onlardan 12916 ədədi əsaslı və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəzlənib”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO