Füzuli Rayon İcra Hakimiyyətində qalmaqal baş verib

Füzuli Rayon İcra Hakimiyyətində qalmaqal baş verib

Hazırda oxunan: Füzuli Rayon İcra Hakimiyyətində qalmaqal baş verib

42481
«Şəhid ailələrinə Sosial Dəstək” İctimai Birliyinin rəhbərləri iddia edirlər ki, Füzuli rayonunun icra başçısı Alı Alıyev və onun şöbə müdri vəzifə səlahiyyətlərini aşaraq onları təhqir ediblər.
Bu barədə Bizimyol.info-ya birliyin sədri Almaz Zeynalova və sədr müavini Aybəniz Səttarqızı bildirdilər. 
“Biz rayon rəhbərliyi ilə görüşməyimizdə məqsəd sədri olduğum təşkilatın rayon şöbəsini yaradılması, Füzuli ərazisində yaşayan şəhid ailələrinin diqqətdən kənar qalan problemlərinin həlli yollarını müzakirə etmək, bu kateqoriyaya aid olan insanların məşğuliyyəti üçün torpaq sahəsinin ayrılması təklifini irəli sürmək idi. Bizim gəlişimizin məsədini bilmədən əvvəlcə icra hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdri Vidadi Tağıyevin hörmətsizliyi ilə üzləşdik. Mən ona dedim ki, həyat yoldaşım şəhid olub, şəhid ailəsiyəm və elə şəhid ailələri ilə bağlı olaraq qeyri-hökumət təşkilatı yaratmışıq. Bu istiqamətdə fəaliyyət göstəririk. O bizi dövlət qurumunun otağından qovmaq istədi, bizi aşağılama çalışdı”, deyə A.Zeynalov bildirdi.
Onun sözlərinə görə, şöbə müdrinin hörmətsizliyinə dözməyərək icra başçısı Alı Alıyevin qəbul otağına daxil olub. A.Zeynalov icra başçısına şöbə müdrinin səlahiyyətlərini aşan addımlarından danışıb. İcra başçısı isə şöbə müdrinin əməllərinə bəraət qazandırıb.
“İcra başçısı “onlara özüm demişəm ki siz və sizin kimiləri belə qarşılasınlar” deyə bildirdi. Onu da əlavə etdi ki, bu rayon cəbhə bölgəsidir, burada problemləri qabartmaq olmazmış”, A.Zeynalov bildirdi. Aybəniz Səttarqızının sözlərinə görə, icra hakimiyyətinin rəhbərliyi elə bilib ki, problemləri qaldırmamaq qarşılığında onlardan maddi maraq güdüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO