Məktəblərdə dezinfeksiya işi gücləndirildi – Təhsil Nazirliyi vəziyyəti NƏZARƏTƏ GÖTÜRDÜ

Məktəblərdə dezinfeksiya işi gücləndirildi – Təhsil Nazirliyi vəziyyəti NƏZARƏTƏ GÖTÜRDÜ

Hazırda oxunan: Məktəblərdə dezinfeksiya işi gücləndirildi – Təhsil Nazirliyi vəziyyəti NƏZARƏTƏ GÖTÜRDÜ
42312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son zamanlar yoluxma sayının artması ilə bağlı bir neçə təhsil ocağı fəaliyyətini iki həftəlik saxlayıb. Hazırda karantinə görə bağlanan məktəblərdə ciddi şəkildə dizenfeksiya işləri gedir.

Lakin valideynləri əsas bağlanmayan məktəblərdə bu işlərin necə və hansı şəraitdə aparılması narahat edir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bütün məktəblərdə mütəmadi olaraq dizenfeksiya işləri aparılır.
 

MÖVZU İLƏ BAĞLI

"Ankara məktəbi" koronavirusa görə BAĞLANDI


“Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər də və digər təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Həmçinin fəaliyyətini dayandırmayan təhsil ocaqlarında da bu prosesə ciddi surətdə əməl edilir. Düzdür, bu Təhsil Nazilriyinin səlahiyyətində olan bir məsələ deyil.

Dizenfeksiya işləri Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Ancaq biz də bu işlərin həyata keçirilməsini nəzarətdə saxlayırıq”.

Qeyd edək ki, oktyabrın 18-də epidemioloji vəziyyətə görə bağlanan 20 nömrəli məktəb liseydə bu gün gücləndirilmiş dizenfeksiya işləri başladılıb.

Vüsalə Balayeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO