Avropa Birliyi ölkələri ABŞ-a qarşı birləşir

Avropa Birliyi ölkələri ABŞ-a qarşı birləşir

Hazırda oxunan: Avropa Birliyi ölkələri ABŞ-a qarşı birləşir

41863
Avropa Birliyi ABŞ-ın nəzarəti altında olan internet şəbəkəsinə qarşı mərkəzi Avropada yerləşən internet resurslarının yaradılmasını planlaşdırır. 

Moderator.az-ın “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə Almaniya kansleri Angela Merkel Fransaya səfəri zamanı bu məsələni gündəmə gətirəcəyini deyib.
“Fransalı həmkarlarımla yüksək səviyyəli məlumatların necə qorunmasını müzakirə edəcəyik. Bunun üçün birinci növbədə Avropada yerləşən texnologiya şirkətləri ilə danışıqlar aparacağıq”, - deyə A.Merkel bildirib.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ötən həftə Vaşinqtona səfəri zamanı Avropada ABŞ kəşfiyyatına qarşı internet resurslarının yaradılması fikrini dəstəklədiyini bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO