Kolleclərə əlavə yerləşdirmə ilə bağlı qeydiyyat başladı 

Kolleclərə əlavə yerləşdirmə ilə bağlı qeydiyyat başladı 

Hazırda oxunan: Kolleclərə əlavə yerləşdirmə ilə bağlı qeydiyyat başladı 
0:00
0:00
40537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 7-dən ümumi orta ixtisas təhsili və tam orta təhsil bazası üzrə əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına başlanılıb. 

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 
 

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur. 


Qeyd edək ki, qeydiyyat prosesi 12 oktyabr saat 23:59 tarixinədək davam edəcək və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO