Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat edilib. Moderator.az-ın “Aznews.az”-a istinadən verdiyi xəbərə görə, əvvəllər bu vəzifəni tutmuş polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlunun yerinə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib.
Daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə vəzifəyə təyin edilən Ş.Əsədullayev kollektivə təqdim edilib.
Məlumatlara görə, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahkürür Paşazadənin qohumudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.