
- A-
- A
- A+
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi
Ümumilikdə 107 nəfər şəhid ailələri və Qarabağ müharibəsi əlilləri evlə təmin olunub.
Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 50 mənzil Gəncə şəhəri, 57 mənzil isə müxtəlif bölgələrdə olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Gəncədə mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğl göstərdiyinə, bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































