Qazilərə avtomobil təqdim olundu - FOTOLAR

Qazilərə avtomobil təqdim olundu - FOTOLAR

Hazırda oxunan: Qazilərə avtomobil təqdim olundu - FOTOLAR
39024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsinin başlanmasından 1 il ötdüyünü qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazilərə mühərrikli əlil arabası verilməsinə AGENTLİKDƏN CAVAB


Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs edən H.Abdullayev vurğulayıb ki, bu kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatının da uğurla davam etdirildiyini bildirən H.Abdullayev Nazirlik tərəfindən bu kateqoriyadan olanlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verildiyini diqqətə çatdırıb.

2021-ci ildə isə 100 ədəd və bu gün daha 44 ədəd olmaqla, 144 avtomobilin, ümumilikdə ötən dövrdə 7350-dək avtomobilin müharibə əlillərinə təqdim olunduğunu diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO