Metro ilə bağlı sevindirici XƏBƏR  

Metro ilə bağlı sevindirici XƏBƏR  

Hazırda oxunan: Metro ilə bağlı sevindirici XƏBƏR  
0:00
0:00
37364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı metropoliteni metro stansiyalarında havalandırılma sistemlərinin yenilənməsi ilə bağlı müasir ventilyasiya sistemləri alacaq. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

"Bu il metro stansiyalarına 10 yeni ventilyator quraşdırılıb. Metro stansiyalarının təbii havalandırılmasının gücləndirilməsi gündəmdədir. Bunun üçün xüsusi damperlərin quraşdırılması vacibdir. Hazırda bu proses davam etdirilir. Bu ilin axırına qədər yeni ventilyatorların alınmasına başlanacaq. Qeyd edim ki, yeni alınacaq ventilyatorlar əvvəl quraşdırılan və istismarı başa çatan ventilyatorlardan 3 dəfə güclüdür. Bu da metro stansiyalarında havalandırmanın 3 dəfə artırılması deməkdir.
 

Bu il ən azı 6 ventilyator sifariş veriləcək. Yeni ventilyatorlar istismar müddətini başa vurmuş ventilyatorlarla əvəzlənəcək". 


Xatırladaq ki, Bakı metropolitenində havalandırma sisteminin gücləndirilməsi məqsədilə 2017-ci ildə 3, 2019-cu ildə 7, 2020-ci ildə isə 10 yeni və müasir ventilyator alınaraq istismarı başa çatan ventilyatorlarla əvəz edilib. Hazırda stansiyalarnı havalandırılması üçün 20 yeni ventilyator quraşdırılıb və istifadəyə verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO