Şəhid Elnur Cabbarovun anım mərasimi keçirildi – FOTO+VİDEO 

Şəhid Elnur Cabbarovun anım mərasimi keçirildi – FOTO+VİDEO 

Hazırda oxunan: Şəhid Elnur Cabbarovun anım mərasimi keçirildi – FOTO+VİDEO 
36485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elnur Cabbarovun anım mərasimi keçirilib. 

Bizim.Media-nın məlumatına görə, anım mərasimində şəhidin ailə üzvləri, döyüş və hərbçi yoldaşları, Laçın rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.  

Sonra şəhidin şərəfli həyat yolundan, Vətənimiz uğrunda fədakarlıqla döyüşdüyündən, xalqına, dövlətə və hərbi anda sədaqətindən söz açılıb.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Tədbirin sonunda Elnur Cabbarovun həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub, vətənpərvərlik  və igidliyi tərənnüm edən musiqilər səsləndirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO