Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR 

Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR 

Hazırda oxunan: Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR 
35970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Şahin Seyidzadə maraqlı addımı ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, millət vəkili 2020-ci il və 2021-ci ilin Yaz sessiyasını əhatə edən dövr ərzində gördüyü işlərlə bağlı hesabat hazırlayıb. Deputat görülən işlərlə bağlı hazırlana hesabatı öz “Facebook” hesabında paylaşıb.

Hesabatın tam mətnini təqdim edirik: “2021-ci il Payız sessiyasının başlanmasına çox az müddət az qalıb. Geridə qoyduğumuz 2020-ci il və 2021-ci ilin Yaz sessiyasını əhatə edən dövr ərzində sizlərlə sıx ünsiyyətdə və daima əlaqədə olduq.

Bu müddət ərzində fəaliyyətimizi vətəndaşlara xidmət göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafına dəstək verilməsinə yönəltdik. 2020-ci il və 2021-ci il Yaz sessiyası dövrü ərzində Milli Məclisin deputatı olaraq vətəndaşlarla iş istiqamətində:

 – açıq münasibət,

 -əlçatan ünsiyyət, 

– problemlərin nəticəyönümlü həlli prinsipləri fəaliyyətimizin əsasını təşkil etmişdir.

Bu müddət ərzində, 50 saylı  Abşeron Qobustan dairəsi üzrə vətəndaşlar tərəfindən ünvanıma 1216 müraciət daxil olmuşdur ki, bunlardan 80.7%-i icra olunmuş, 11.5% qanunvericiliyin tələblərinə cavab verməmiş, 7.8%-i ilə bağlı icra prosesinin davam etdirilməkdədir.

Əziz seçicilər, geridə qalan müddət ərzində fərdi, kənd, qəsəbə, şəhər, Abşeron və Qobustan rayonları, ümumilikdə ölkə ilə bağlı qaldırılan məsələlərə dair addımlar atılmışdır.

2020-ci il və 2021-ci il Yaz sessiyası dövrü üçün olan hesabatı sizlərə təqdim edərək, bu müddət ərzində olan hərbir müraciət sahibinə hesabatın göndərilməsini planlaşdırdığımızı diqqətinizə çatdırırıq.

Bu dövr ərzində vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin araşdırılaraq, səlahiyyət və qanunvericiliyin imkanları çərçivəsində həlli istiqamətində köməklik göstərmiş bütün dövlət qurumlarına, fəaliyyətimizin işıqlandırılmasında daima dəstək verən media nümayəndələrinə öz təşəkkürümü bildirirəm! 

Dərin hörmətlə, Şahin Seyidzadə 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı”

Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR  - foto 1
Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR  - foto 2
Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR  - foto 3
Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR  - foto 4
Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR  - foto 5
Milli Məclisin deputatından təqdirəlayiq addım – DETALLAR  - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO