Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO

Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO

Hazırda oxunan: Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO
35207
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dəhşətli ailə dramı baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

Tanınmış həkim Qalib Əsədov və "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook” səhifəsində yazıblar ki, əri tərəfindən zorakılığa məruz qalan Aytən Niftəliyeva və körpəsi Tahirə vəfat ediblər.

Bildirilir ki, 30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən qızı Tahirə ilə birlikdə əri Niftəliyev Rəhman tərəfindən döyülüb.
 

Ərindən qaçmaq istəyən Aytən canını qurtarmaq üçün yaşadıqları 3 mərtəbəli binanın damına çıxıb. Əri də onun arxasınca dama çıxıb və qızın üstünə gedib. Nəticədə Aytən və körpəsi Tahirə yerə yıxılıblar. Uşaq hadisə yerində vəfat edib.


Qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadının qaraciyər və dalağı cırılıb. Bağırsaqlar zədələnib. Baldır, daban, oma sümükləri sınıb, fəqərələr kompression sınıb, kəllə sümüklərində, əsasında, almacıq sümüyündə sınıqlar, qabırğalar da sındığından ikitərəfli pnevmotoraks yaranıb. Həkimlərin səyinə baxmayaraq, Niftəliyeva Aytənin həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO - foto 1
Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO