Dağlıq Qarabağın ingiliscə yazılışı dəyişdirilir

Dağlıq Qarabağın ingiliscə yazılışı dəyişdirilir

Hazırda oxunan: Dağlıq Qarabağın ingiliscə yazılışı dəyişdirilir
3499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağlıq Qarabağ sözü hazırda rus dilinin təsiri altında ingiliscə "Nagorno-Karabakh” kimi yazılır, amma bu sözün belə variantda yazılışı düzgün deyil.

Bunu  Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ rus dilində "Nagorno-Karabakh” kimi yazılır. Bu toponim ingilis dilində də səhv olaraq, rus dilinin təsiri altında "Nagorno-Karabakh” kimi təqdim edilir.

B.Məhərrəmli əlavə edib ki, artıq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilən "Azərbaycan dilində olan coğrafi adların rus və ingilis dillərinə milli transliterasiya qaydaları”na əsasən, Dağlıq Qarabağın ingilis dilində də "Daghlig Garabagh” kimi yazılması təklif edilir.

Yuxarı Qarabağ sözünün isə "Upper Garabagh” kimi deyil, "Yukhari Garabagh” kimi yazılması təklif edilib:

"Toponimin adı qorunub saxlanılmalıdır. Buna görə də Dağlıq Qarabağ toponiminin təklif edilən formada yazılması düzgün olardı”. (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO