Azərbaycan XİN Nalbandyanın cavabını verdi

Azərbaycan XİN Nalbandyanın cavabını verdi

Hazırda oxunan: Azərbaycan XİN Nalbandyanın cavabını verdi

34564
"Ermənistan tərəfi hər zaman olduğu kimi beynəlxalq hüquq prinsipləri özünə uyğun şəkildə təhrif edir. ANS PRESS xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın BMT Baş Assambleyasının 68-ci sessiyasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibər bildirərkən deyib.

Onun fikrincə, ermənistanlı nazir təhrif formasından istifadə edərək növbəti dəfə beynəlxalq ictimayyəti çaşdırmağa çalışır: "Nalbandyanın guya Azərbaycanın atdığı addımların regional və beynəlxalq təhlükəsizliyə təhdid olmasına gəlincə, BMT Təhlükəsizlik Şurası deyir ki, Azərbaycan torpaqlarının işğalının davam etməsi regional təhlükəsizliyin təhdididir. Bu ifadələr onun növbəti həyasızlığının göstəricisidir. Bu gün Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindədirlər və belə olan halda təbii ki, torpaqları işğal olunan Azərbaycan öz müdafiə potensialını gücləndirməlidir. Ermənistanlı nazir unutmamalıdır ki, BMT Təhlükəzilik Şurasının qəbul etdiyi qətnamələdrdə Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycanın ərazisi olduğunu və ermənistanın işğalçı dövlət olduğunu bir daha göstərir”.

XİN rəsmisi vurğulayıb ki, erməni nazir öz ziddiyətli və əsassız çıxışı ilə Ermənistanın bu məsələdə nə qədər aciz olduğunu dünya ictimayyətinə nümayiş etdirir. "Rəsmi İrəvan dərk etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün bütün hüquqlarından istifadə edəcək. Çünki ölkə vətəndaşının hüquqlarının müdafiəsi, Azərbaycan dövlətinin borcudur. Ermənistanın XİN-i o qədər aciz bir durumdadır ki, BMT-nin Təhlüksizlik Şurasının qəbul olunmuş qətnamələrin mətnini belə dəyişməyə çalışır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO